Faiq Şadlı: “Çətinliklə də olsa "SUPER TV" Televiziya məkanına daxil olacaq”

Faiq Şadlı:  “Çətinliklə də olsa "SUPER TV" Televiziya məkanına daxil olacaq”
“Siyasətdən çox uzaq adamam”

Müsahibimiz Canbala.Az ictimai birliyinin rəhbəri Faiq Şadlıdır.

- Faiq müəllim, Siz Azərbaycanda ilk dəfə olaraq körpə futbol klubu və körpə uşaqlar üçün moda festivalına rəhbərlik etmisiniz. Təsis etdiyiniz Supertv.Az telekanalı haqqında fikir bildirməyinizi xahiş edirəm….

- Adlarını çəkdiyiniz qurumlara indi də rəhbərlik edirəm. O ki qaldı Super Tv telekanalına, bu da televiziya məkanı üçün ilk sayıla bilər. Belə ki, TV-də yalnız kiçikyaşlı istedadı uşaqlar haqqında verilişlər, milli musiqi klipləri və milli filmlər yayımlanacaq. Bir neçə həftədən sonra kabel şəbəkələrində yayımlanacağını nəzərdə tutmuşuq.

- Yayım yalnız kabel şəbəkəsi vasitəsi ilə olacaq?

- Hal-hazırda sənədlərimizi MTRŞ-ə vermək üçün hazır etmişik və bir neçə mərhələdən keçmişik. "Azerspace 1"ə də sənədlərimiz hazırdır. Amma çox ağır maliyyə çətinliklərimiz var, buna baxmayaraq çətinliklə də olsa SUPER TV Televiziya məkanına daxil olacaq. Kadrlar və texniki avadanlıq barəsində heç bir problemimiz yoxdur.

- Bəziləri belə fikirləşir ki, əgər çətinlik olsa, layihələrinizi başqa ölkədə həyata keçirəcəksiniz?

- Bunu deyənlər bilmirlər ki, mənim layihələrim ancaq uşaqlar üçündür. Telekanalda yalnız istedad uşaqlar haqqında verilişlər və musiqi klipləri yayımlanacaq. Mən siyasətdən çox uzaq adamam. Hətta ölkədən getsəm də belə, haradasa telekanalım üçün FREKANS alıb yayımlayaramsa yenə də ölkəmi yaxşı mənada təbliğ edərəm.

- Kömək üçün imkanlı şəxslərə müraciət etmisinizmi?

- Hələlik heç kəsə müraciət etməmişəm. İnanmıram ki, müraciət etsəm də kömək edən olsun. Amma yaxşı olardı ki, istedadlı fidan balalarımızın gələcəyi üçün kimlərsə layihələrimə və bu telekanala kömək etsin.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az