"Şuşada olduğumdan sevinc və qürur hissi yaşayıram"

"Şuşada olduğumdan sevinc və qürur hissi yaşayıram"

Oxuməni.az Ukraynadakı Azərbaycan diasporunun lideri, Zəfər Qurultayının iştirkaçısı, bu günlərdə "Dostluq" ordeni ilə təltif edilən Oleq Krapivinin APA-ya müsahibəsini oxucularına təqdim edir:

-Şuşadasınız, hansı təəssüratı yaşayırsınız?

-Biz hamımız - dünyada yaşayan azərbaycanlılar bu böyük qələbədən fəxr duyur, qürur hissi keçiririk. 30 il ərzində işğal altında qalan torpaqlarımızı güclə də olsa azad etdik. Biz qonaqpərvər xalqıq, ancaq sübut etdik ki, lazım gələndə güc yolu ilə düşmənlərimizi başa sala bilirik. Ali Baş Komandan İlham Əliyev dünyaya sübut etdi ki, biz diplomatiya yolu ilə, həm də lazım gələndə hərblə problemlərimizi həll edə bilirik. Mən fəxr edirəm ki, Azərbaycanda doğulmuşam.

-Şuşa sizə necə təsir bağışladı?

-Sizinlə danışa-danışa ürəyim döyünür, bilmirəm sevincdən ağlayım, ya neynim. Bu gün sevincli günümdür, sevincdən ağlaya billəm.

-Hazırda Kiyevdə azərbaycanlıların vəziyyəti necədir?

-Elə insanlar var ki, onlar Ukrayna vətəndaşlarıdır və qanunla vətəni qoruyurlar. Ukrayna vətəndaşlığı olmayan insanlarında təxliyə edilməsinə yardım elədik. Onların ailələrini, əvvəlcə qadınları Lvova yola saldıq. Hazırda Kiyevdə sakitlikdir. Yavaş-yavaş azərbaycanlılar da geri qayıdırlar və hərə öz işi ilə məşğul olur.

-Bəs başqa şəhərlərdə vəziyyət necədir?

-Hələlik ən böyük problemimiz Mariupolla əlaqəlidir. Digər şəhərlərdə sakitlikdir. O biri şəhərlərdən də təhlükə olan yerlərdən azərbaycanlıları sakit yerə köçürmüşük. Mən buradayam, orada isə uşaqlarımız çalışır. Mən fürsətdən istifadə edib onlara salamlarımı çatdırıram. Bizim qaynar xəttimiz var və bizə müraciət edənlərə hərtərəfli yardım göstəririk.

-Çerniqovda vəziyyət necədir?

-Hələlik ora qayıdış yoxdur. Biz Çerniqovdan azərbaycanlıları sakit yerə-Poltavaya köçürmüşük və onlar orada əmin-amanlıqdadırlar.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az