Hollivudda işləmiş stilist Elgün: "Şou-biznesdə zövqlü müğənni yoxdur!"

Hollivudda işləmiş stilist Elgün: "Şou-biznesdə zövqlü müğənni yoxdur!"
"Müğənni Yaqut Nərimanla Xatunu bəyənirəm""

"Şəlalə" rubrikasının bugünkü qonağı əsrarəngiz dünyaya malik olan stilist, vizajist Elgün Cəbrayılovdur.

- Özünüzü oxuculara təqdim edərdiniz

- Bakıda anadan olmuşam, ailədə 4 nəfərik, ali təhsilliyəm, Kooperasiya institutunu bitirmişəm.

- Necə oldu ki, bu sənəti seçdiniz?

- Mən illərdir ki, bu sənətə gəlmək istəyirdim. Ailəmlə çox mücadilə etdim, çünki ailəm istəmirdi ki, bu sənətdə olum. Amma axırda istədiyimə nail oldum, ailəm də qəbul etdi. Bildilər ki, həqiqətən bu sənəd mənim üçün qiymətlidir.

- Bu ilin dəbli vizajı hansı rəngdir?

- Bu il sadə tonlar, çəhrayı rənglər, açıq qəhvəyi rənglər dəbdədir.

- Stilist başqa stilistin işini niyə bəyənmir?

- Mən o stilistlərdən deyiləm ki, kiminsə əl işlərini bəyənməyim. Əgər gözəl bir iş varsa onu tanınmış olmasa da bəyənirəm. İnsan var ki, tanınmır, ancaq gözəl əl qabiliyyəti var. Tanınmış stilist, vizajistlər o qədər var ki, əl qabiliyyətləri sıfırdır, bəyəniləsi heç nəyi yoxdur. Çoxlarını da görmüşəm, o qədər narazı qalan olub ki. Ad çəkməyəcəyəm, hansısa xanıma vizaj edib, xanım da bəyənməyib, üzün sildirib. Amma həmin stilistlər mənəm-mənəm deyir. Məcbur edib ödənişi ödətdirirlər, sonra da müştəri narazı qalır.

- Siz bir stilist kimi kimin əl işlərini bəyənirsiniz?

- Tanıdıqlarım var, onların əl işlərini bəyənirəm, amma adlarını demək istəmirəm. Əlavə bəyəndiklərim də var ki, onlar elə də tanınan stilistlər deyil. Hər insanın əl işini bəyənmirəm, çünki elə olur ki, görürsən 17 yaşında qızın saç vizajı 30 yaşında bir xanımın saçı kimi bəzəyirlər. 30 yaşında bir xanıma isə uşaq kimi bəzək edirlər. Mənim fikrimcə hər bir vizajist həmin insanın ruhuna yaxın olmalıdır ki, onun fikirlərinə də qulaq asıb, sonra onunla ortaq məxrəcə gəlməlidir.

- Hansı müğənnilərin zövqünü bilirsiniz?

- Yaqut Nərimanın geyimi, stili xoşuma gəlir, çünki çox vaxt Yaqut xanımın vizajın özüm edirəm. Bir də Xatunun geyim üslubun, vizajın çox bəyənirəm.

- Ən böyük arzunuz nədir?

- Ən böyük arzum xoşbəxt olmaqdır. Ondan böyük arzum yoxdur. Əzizlərimlə, valideynlərimlə, məni sevənlərlə xoşbəxt yaşamaqdır. Bir də cansağlığı istəyirəm.

- Həyatda nəyin həsrətin çəkirsiniz?

- Həyatda qoy həsrətini çəkdiyim kimdir, sirr olaraq məndə qalsın. Nəyinsə həsrətini çəkdiyim var, bu mənim həyatımdır, bu haqda danışmaq istəmirəm.

- Hazırda bir çox stilistlər qalmaqalla gündəmə gəlir. Bəs sizin də bağçaya kimsə daş atmaq istəyib?

- Allaha şükür, mənə elə təklif gəlməyib ki, gəl qalmaqal edək, gündəmə gələk. Mən qalmaqaldan uzaq insanam. Sözsüz ki, bağçama kimsə daş atarsa, kimliyindən asılı olmayaraq daşını da özünə qaytarıb, cavabını artıqlamasıyla verməyə qadir insanam. Baxırsan ki, şou-biznesdə kimsə özündən razıdır. Mənə maraqlı deyil, hərə öz işi ilə məşğul olsa yaxşıdır. Hamı hamını yaxşı tanıyır, kim hansı işlə məşğul olur, bilirlər. Çıxıb efirdə danışmaqla deyil, mən təmizəm, mən ayam, günəşəm. Bunlar boş şeylərdir, özünüzü yandırmayın.

- Sizin reklama ehtiyacınız varmı?

- Mənim gözəl əl qabiliyyətim var, sadəcə məndən aşağı səviyyədə vizaj edən insanlar qabaqdadır, o da reklama görə. Mənim fikrimcə hər bir sənət adamına reklam lazımdır.

- Stilist olmasaydınız nəçi olardınız?

- Hüquqşünas olardım

- Sizin üçün sevgi, məhəbbət nə deməkdir?

- Mənim üçün sevgi yaşamaqdır, yaşam səbəbimdir. Sevgisiz həyat boşdur, çünki insan sevəndə sevgidən zövq alır. Məhəbbət bilirsinz nədir, aşiq olursan, sevirsən, onun ətrini, nəfəsini duyursan. Bədəninin iyisi üçün, varlığı üçün darıxırsan, hər bir an onu düşünürsən. Bax, o mənim üçün məhəbbətdir.

- Həyatda nə vaxtsa ağlamısınız?

- Mən demək olar ki, hər gün ağlayıram. İki gün bundan qabaq da ağlamışdım.

- Kaprizləriniz varmı?

- Belə baxanda mən çox tərs adamam, inadkaram və dediklərimi edən insanam. Baxmayaraq sonu uçurum olsa belə, sözümdən dönən deyiləm.

- Stilistlərin açarı kimin əlindədir?

- Bax, o mənim üçün də maraqlıdır. Başqalarını deyə bilmərəm, mənim açarım öz əlimdədir. Və heç vaxt açarımı kiməsə vermərəm ki, mənə əmr etsin.

- Hansı müğənniləri dinləyirsiniz?

- Bir müğənninin heyranı deyiləm, sadəcə hamısını dinləyirəm.

- Şou-biznesdə hazırda zövqlü müğənnilər kimlərdir?

- Mənim fikrimcə şou-biznesdə zövqlü müğənni yoxdur. Bahalı geyimlərə pul verənlərə zövqlü deyə bilmərəm. Amma zövqsüz müğənnilər də çoxdur. Baxırsan, toy müğənnisi heç vaxt milli geyinmir. Bəzi müğənnilər qaroxlu, bozbaş, qorğa kimi geyinirlər.

- Kənardan baxanda çox ciddi görsənirsiniz, bu sizin xasiyyətinizdən irəli gəlir?

- Düzdür, bunu hamı mənə deyir. Kənardan ciddi görsənə bilərəm, amma mənimlə tanış olandan sonra görürlər ki, sadə insanam. Görünüşcə elə görsənirəm, amma elə deyiləm, fərqliyəm, tez münasibət quranam, danışıb-gülənəm. Qarşımdakı insana həmişə hörmətlə yanaşıram ki, sərbəst olsun.

- Dostlarınız çoxdurmu?

- Hazırda dostlarım yoxdur. Dostlarım olub, indi dost özüməm, heç kimin də dostluğuna inanmıram. Hazırda bir nəfər var, ona güvənirəm.

- Tələbələriniz olubmu?

- Çox olub tələbələrim. Bir çoxları da hazırda Türkiyədə işləyir.

- Güzgüyə baxanda nə görürsünüz?

- Güzgüdə yalnız özümü görürəm, özümdən başqa da heç nə görmək istəmirəm.

- Başqa salonlardan sizə iş təklifi gəlibmi?

- Təkliflər olub, amma mən işlədiyim "Dikaya Orxideya" salonundan, müdiriyyətdən çox razıyam. Mən əvvəl tanınmış bir salonda işləyirdim, bura dəvət etdilər, gəldim və peşman da deyiləm.

- Abırsız nədən çəkinir?

- Mənim üçün də maraqlıdır, amma abırsız heç kimdən, heç nədən çəkinmir.

- Özlərinə titul verən stilistlərə münasibətiniz necədir?

- Özünə titul verən stilist mənim üçün xəstə insandır. Heç bir stilist özünə titul verə bilməz. Mənim o insanlara yazığım gəlir, baxıb gülürəm.

- Uğurlarınız olubmu?

- Ən böyük uğurum Hollivudda "Matrix" filminin çəkilişində olub. Vendi adlı xanım bu filmin baş qrim ustası olub, mən də onun köməkçisi olaraq bir yerdə işləmişik. Bu, həyatımda ən böyük uğurum olub, hər adama qismət olmur. Mən onunla işləyəndə mükafat da almışam. Mənim adıma məktublar belə gəlib, ancaq hələ də o məktublar gizlədilib, mənim özümə verilməyib. Bunu mənə orada çalışanlardan deyib. Neçə adamın içindən seçilmişdim. Vendi xanım mən deyirdi ki, sizin yeriniz xaricidir. Yaradıcı insansan, sizin kimi insana dəyər verilməlidir. Onun tərcüməçisi bunları mənə onun yanında tərcümə edib deyirdi. Bu, mənim üçün fəxrdir.

- Bəs layihələrdə necə, iştirak edirsiniz?

- Dəvətlər çox olur, düşünüb addım atıram. Hazırda "Dünya" TV-nin "Birlikdə" verilişinin aparıcıları siz-Şəlalə Nərimanın və Ceyran Nərimanın stilisti, vizajistiyəm. Mənim üçün xoşdur. Hamıya uğurlar. "Oxu Məni " qəzetinə də uğur arzulayıram.

P. S: Bu gün növbəti qonağımın həyat tablosunu olduğu kimi sizlərə təqdim etdim. Stilist, vizajist Elgün Cəbrayılovla əlaqə saxlamaq istəyənlər "Dikaya Orxideya" gözəllik salonuna müraciət edə bilərlər.

Şəlalə Nəriman

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az