“Seçicilərin etimadını, namizədlərə olan inamını qaytarmaq lazımdır”

“Seçicilərin etimadını, namizədlərə olan inamını qaytarmaq lazımdır”

Millət vəkilliyinə namizəd Heydərov Qorxmaz Ernis oğlu Mediainfo.az saytına müsahibə verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik:

- Qorxmaz bəy, seçkilərə hazırlıq necə gedir?

- Çox şükür, inanıram ki, müsbət nəticə əldə edəcəyik.

- Qeyd etmək istədiyiniz nüanslar varmı?

- Yox, nüans deməzdim, sadəcə olaraq istək deyərdim. Bilirsiniz, mənə səs verin deyib küçələrdə, meydanlarda haray salmaq lazım deyil. Çünki keçmişdə seçicilərə yalan vədlər verib, amma buna əməl etməyən millət vəkilləri çox olub. Belələrinə artıq insanlarda inam qalmayıb. İlk olaraq seçicilərin etimadını, namizədlərə olan inamını qaytarmaq lazımdır. Daima onların problemlərilə maraqlanmaq və lazımı səviyyədə tədbir görmək gərəkdir. Bunun üçün seçicilərin sevgisini qazanmaq lazımdır, nifrətini yox. Baxın belə deyim, biz evimizdə doğmalarımıza ayırdığımız zamanı, diqqəti, qayğını bizə müraciət edən vətəndaşlara da ayırmalıyıq. İnanın ki, yalnız bu halda insanların inamını, etimadını qazanmaq olar, başqa cür mümkün deyil.

- Başqa namizədlərin hazırlıq proseslərini izləyirsinizmi?

-Təbii ki, sosial şəbəkələrdə görürəm, bəyəndiyim də olur, bəyənmədiyim də. Onların hamısına uğur arzulayıram.

- Seçicilərinizə göndərmək istədiyiniz ismarıc varmı?

- Mənə səs verənlər də sağ olsunlar, səs verməyənlər də. Hər kəsin fikrinə, seçiminə hörmətlə yanaşıram. Onu da demək istəyirəm ki, hörmətli seçicilər, Allah sizi qorusun. Əzizlərim, çalışın seçiminizdə yanılmayın, gələcəyinizi doğru insanlara həvalə edin.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az