Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti payızda keçiriləcək

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti payızda keçiriləcək

Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinin təxirə salınması barədə qərar qəbul edib. Sammit payıza yaxın baş tuta bilər.

Mediainfo.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə yüksək rütbəli dövlət məmuru bildirib.

Xatırladaq ki, ŞƏT sammiti 22-23 iyul tarixində Rusiyanın şimal paytaxtı Sankt-Peterburq şəhərində keçirilməli idi.

Mənbə izah edib ki, belə bir addım Çin istisna olmaqla, təşkilatın bütün üzv ölkələrində pandemiya ilə bağlı epidemioloji vəziyyət tam normallaşmadığı üçün atılıb.

Eyni zamanda agentliyin həmsöhbəti vurğulayıb ki, ŞƏT sammitinin videokonfrans sistemi ilə keçirilməsi mümkünlüyü nəzərdən keçirilmir.

Belə ki, hərtərəfli fikir mübadiləsi lazım olduğu üçün şəxsən görüşlər tələb olunur.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az