PKK-nın “girə bilməz” dediyi bölgədə türk əsgəri irəliləyir

PKK-nın “girə bilməz” dediyi bölgədə türk əsgəri irəliləyir

Türkiyə ordusu İraqın şimalında PKK terrorçularına ağır zərbələr endirir.

Mediainfo.az xəbər verir ki, bunu “A Haber”in jurnalisti Kərim Ulak deyib.

O bildirib ki, 1990-cı illərdə Türkiyə ordusu bölgədə minlərlə hərbçi ilə “Axtar, tap, yox et!” əməliyyatlarını keçirirdi:

“Əməliyyatlar qurtardıqdan sonra əsgərlər geri qayıdırdı. O dövrlərdə əməliyyatlar tamamilə xaricdən alınan silahlarla aparılırdı. İndi isə Türkiyə müdafiə sənayesinə məxsus silahlarla əməliyyatlar keçirilir. PUA-lar üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Bundan başqa, 40 kilometr mənzilli “Fırtına” topları türk hərbçilərinin önünü açır”.

Jurnalist qeyd edib ki, Metina-Avaşin bölgəsinə türk ordusu qurudan girib:

“Bu bölgə niyə əhəmiyyətlidir? Terrorçular bildirirdi ki, 30 il keçsə belə, türk ordusu bura girə bilməz. Artıq Türkiyə ordusu bu bölgədə addım-addım irəliləyir. Ərazi dağlıq bölgədir. Bundan başqa, minlərlə mina basdırılıb, mağaralarda tələlər qurulub. Türk əsgəri bunlarla mübarizə aparır”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az