Minsk qrupu ləğv edilməlidir! - QAT

Minsk qrupu ləğv edilməlidir! - QAT

Qarabağ Azadlıq Təşkilatı (QAT) ATƏT-in Minsk qrupu həmsədrlərinin son birgə açıqlamasına qarşı bəyanatla çıxış edib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, sənəddə deyilir: “Minsk qrupu həmsədrləri yenə də riyakar mövqedən çıxış edir, yenidən gündəmə qayıtmaq, ermənipərəst fəaliyyətlərini davam etdirmək istəyirlər. Onlar son bəyanatlarında Azərbaycan tərəfinin üç erməni hərbçisini sərbəst buraxmasını alqışlayır, prosesin davamlı olmasını istəyirlər. Otuz il ərzində bir dəfə də olsun 4 min nəfərdən artıq azərbaycanlının erməni əsirliyində olmasını dilə gətirməyən həmsədrlərin bu gün “erməni əsirləri” məsələsini gündəmə gətirməsi özünüifşa və riyakarlıqdan başqa bir şey deyil. Həmsədrlər eyni zamanda Dağlıq Qarabağa sərbəst giriş məsələsini, yəni Ermənistan tərəfdən oraya daxil olmaq istəklərini, üzdəniraq “etimad mühitinin” yüksəldilməsi, onların himayəsi altında siyasi dialoqun bərpa olunması kimi təkliflərini dilə gətirirlər. Bütün bunlar birmənalı şəkildə ermənilərin istək və tələblərinin ifadəsidir, həmsədrlər yenə də erməni istəklərinin ruporu rolunda çıxış edirlər.

Hesab edirik ki, Azərbaycan Minsk qrupu həmsədrlərinin bütün təkliflərini rədd etməli, onların “xidmətlər”indən imtina etməlidir. “Həmsədr” deyilən erməni təəssübkeşləri rədd olub getməlidirlər, onlara artıq heç bir ehtiyac yoxdur. Azərbaycanın işğaldan azad etdiyi torpaqlarında möhkəmlənməsinə, Xankəndi, Xocalı, Ağdərə və digər ərazilərdə öz hakimiyyətini bərpa etməsinə onların mane olmasına imkan verilməməli, Minsk qrupu ləğv edilməlidir”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az