BMT-nin Baş katibi: “Fəlakət yaxınlaşır“

BMT-nin Baş katibi: “Fəlakət yaxınlaşır“

“Keçən il Yerin temperaturu üç milyon ildə 3 üç dərəcə yüksələrək rekord həddə çatıb, bu, bəşəriyyəti iqlim fəlakətinə yaxınlaşmasının göstəricisidir”.

Oxuməni.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş onlayn keçirilən "Petersberq İqlim Dialoqu" beynəlxalq konfransında çıxışı zamanı deyib.

O bildirib ki, 2020-ci il misilsiz ekstremal hava və iqlim fəlakəti dövrü olub: “Atmosferdəki karbon dioksidin konsentrasiyası ən yüksək səviyyəyə qalxaraq sənaye səviyyəsini 148% üstələyib”.

Planetin uçurumun astanasında olduğunu diqqətə çatdıran Quterreş əlavə edib ki, əsrin sonuna qədər temperaturun 2.4 dərəcə yüksəlməsinə doğru gedirik: “Lakin birlikdə işləsək, iqlim sabitliyinin pozulmasının ən pis təsirlərinin qarşısını ala bilərik. Daha təmiz, daha yaşıl inkişaf yolunu tutmaqla pandemiyadan da qurtula bilərik”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az