
Fransa istər ATƏT-in Minsk Qrupunun üzvü kimi, istərsədə diplomatik baxımdan Qarabağ məsələsində bitərəf mövqeyini qorumalı idi.
Mediainfo.az xəbər verir ki, bu sözləri Gəncə şəhərində səfərdə olan fransalı jurnalist, islamşünas alim İfrak Kərim Ahmed bildirib. Onun sözlərinə görə, Fransa hökumətinin Azərbaycana qarşı mövqeyi təəssüf doğurur.
“Bilirik ki, Fransa hökumətinin Azərbaycana qarşı qərəzli mövqeyi siyasi xarakterlidir. Siyasət isə sabah dəyişə bilər. Onu bildirim ki, bu, fransız xalqının mövqeyini əks etdirmir. Biz Azərbahycanda yaşayan fransızlarla görüşdük. Onlar da Fransa hökumətinin siyasi mahiyyət daşıyan mövqeyindən təəccüblənib və məyus olublar. Buna baxmayaraq, xalqlar arasında, xüsusən burada yaşamış və hazırda yaşayan azərbaycanlı dostlarla sıx əlaqələr davam edir. Bir daha qeyd edirəm ki, Fransa hökuməti Qarabağ məsələsində bitərəf mövqeyini qorumalı idi”, - deyə fransalı jurnalist sözlərinə əlavə edib.