Bu, üçlü bəyanatı İrəvanın pozmasıdır!

Bu, üçlü bəyanatı İrəvanın pozmasıdır!

Ermənistanın təxribat qrupunun Kəlbəcər istiqamətində Azərbaycan ərazilərinə daxil olmaq cəhdi Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın pozulması deməkdir.

Mediainfo.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Tvitterdə bildirib.

"Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətində sərhəd yaxınlığında təxribat törətməsi barədə məlumat yayıb. Bir qrup erməni təxribatçısı Azərbaycan ərazilərinə keçməyə cəhd göstərib. Bu, növbəti təxribat xarakterli hərəkət və üçtərəfli bəyanatın Ermənistan tərəfindən pozulmasıdır!”, - XİN rəsmisi vurğulayıb.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az