
“Dərin dövlət” hərəkətə keçdi – Putin erası səssizcə sona çatır
14 Noyabr 2022 10:19
Ermənistanın istefa verən xarici işlər naziri səlahiyyətlərini icra edən Ara Ayvazyan Təhlükəsizlik Şurasının iclasında Nikol Paşinyanın sərhəddəki situasiyanın deeskalasiyası ilə bağlı fikirlərinə narazılığını ifadə etməyib.
Mediainfo.az xəbər verir ki, bunu İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan deyib.
“Paşinyan XİN-ə tapşırıq verəndə Ayvazyan oturub, başı ilə təsdiqləyirdi. Kadrlar var və hər kəs bunu görüb. Mənim üçün onun istefası gözlənilməz oldu”, – deyə o bildirib.
O, Ayvazyanın məsuliyyətdən qaçmaq üçün istefaya getdiyinə inanmadığını deyib.
Qeyd edək ki, erməni KİV-i Ayvazyanın mayın 27-də istefaya getdiyi haqqında məlumat yayıb. İddia edilib ki, o, Paşinyanın sərhədlə bağlı mövqeyini bölüşmədiyi üçün istefa verib.