
ABŞ və Avropa Birliyi ötən yay Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı etirazlara düzgün reaksiya verməməklə strateji səhvə yol verdilər.
Mediainfo.az xəbər verir ki, bu barədə ABŞ-ın sabiq prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun "Vaşinqton Post"dakı məqaləsində bildirilib.
Bolton qeyd edib ki, Qərb "Ryaneyr" insidentində də səhvə yol verərək, Lukaşenkonu Rusiya lideri Vladimir Putinin "qucağına" itələdi:
"Təəssüf ki, iqtisadi sanksiyalar, mənəvi siqnallar daha böyük bir problemin həlli üçün qənaətbəxş bir Qərb strategiyası deyil".
Bolton vurğulayıb ki, ötən yay etiraz aksiyaları zamanı da nümayişçilər nə Rusiyaya, nə də Qərbə sadiq olduqlarını göstərdilər: "Onlar bu mübarizədə piyada olmaq istəmirlər".