Səmədoğlu Mərkəzi generalı və Arye Qutu təltif etdi

Səmədoğlu Mərkəzi generalı və Arye Qutu təltif etdi

Vaqif Səmədoğlu Mərkəzi general Kərim Vəliyevi və Arye Qutu medalla təltif edib.

Bu barədə Mediainfo.az-a Vaqif Səmədoğlu Mərkəzinin sədri Nüşabə B.Vəkilova məlumat verib.

O bildirib ki, Vaqif Səmədoğlu Mərkəzinin İdarə Heyətinin qərarına əsasən, Azərbaycan torpaqlarının işğaldan azad olunmasındakı xidmətlərinə görə I və II Qarabağ müharibəsi iştirakçısı, "Zəfər" ordenli general-leytenat Kərim Vəliyevi və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xüsusi xidmətləri olan, "Xocalıya ədalət" layihəsinin İsrail üzrə nümayəndəsi, siyasi ekspert Arye Qutu “Vaqif Səmədoğlu medalı” ilə təltif ediblər.

Qeyd edək ki, xalq şairi, darmaturq Vaqif Səmədoğlu Azərbaycanın milli azadlıq hərəkatının liderlərindən olub. Onun xidmətləri “İstiqlal” ordeni ilə mukafatlandırılıb.

"Vaqif Səmədoğlu medalı" hər il şairin doğum günündə (5 iyun) təqdim edilir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az