
“Nikol Paşinyan haqqında heç zaman açıq danışmadığı minalanmış ərazinin xərtələrindən ilkini Azərbaycana təhvil verməklə həm də artan kənar təzyiqdən yaxasını qurtarmağa çalışdı”.
Mediainfo.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.
E.Şahinoğlu xatırladıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan minalanmış ərazilərin xəritəsini NATO toplantısındakı çıxış mətninə salmışdı: “Paşinyan NATO toplantısı başlayana qədər ilk xəritəni Azərbaycana təqdim etməklə Türkiyə Prezidentinin çıxışının minalarla bağlı hissəsinin effektini azaltmağı hədəflədi”.
Politoloq qeyd edib ki, Ermənistan bir xəritə ilə işini bitmiş saya bilməz, Azərbaycana bütün xəritələr təhvil verilməlidir: “Əlimiz gücləndi, minalar məsələsində Ermənistana təzyiq nəticə verdi. Davamı gəlsin. Əgər əlimizdə olan bir qisim erməninin Ermənistana təhvil verilməsiylə seçki öncəsi Paşinyanın mövqeyi güclənəcəksə, qoy olsun. Robert Köçəryandansa, qoy elə Paşinyan hakimiyyətinə davam etsin”.