
Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın ofisi itkin düşən erməni hərbçilərin sayının göstərildiyi sənəd yayımlayıb.
Oxuməni.az xəbər verir ki, sənəd 6 apreldə baş nazirin müavini Mher Qriqoryana və əmək və sosial məsələlər naziri Mesrop Arakelyana Hərbi Sığorta Fondu tərəfindən göndərilib.
Sənəddə deyilir ki, itən hərbçilərin sayı baş nazir Nikol Paşinyanın 14 apreldə ölkənin milli məclisində çıxışında iddia etdiyi kimi 321 nəfər deyil, təxminən üç dəfə çoxdur. Sənəddə itkin düşənlərin sayı 1064 nəfərdir. Qeyd olunub ki, itkin düşən erməi hərbçilərinin ailələrinə 500 milyon dram (təxminən 970 min ABŞ dolları) məbləğində təzminat verilib.
“Heç olmasa çıxıb insan kimi desinlər ki, itkin düşənlərin dəqiq sayını müəyyənləşdirmək mümkün olmayıb. Fondda bu rəqəmlər var”, - Sarqsyan əlavə edib.
O, hakimiyyətin insanlara münasibətindən təəccübləndiyini qeyd edib.