“Yeni müharibə başlasa, Ermənistan dünya xəritəsindən silinəcək“

“Yeni müharibə başlasa, Ermənistan dünya xəritəsindən silinəcək“

"Ermənistanın sülh sazişindən imtina etməsi Azərbaycan Respublikasının ərazi bütövlüyünü, sərhədlərini tanımaması anlamına gəlir. Bu o deməkdir ki, Ermənistan Azərbaycan ilə mehriban qonşular kimi sülh şəraitində dinc yanaşı yaşamaqdan imtina edir”.

Oxuməni.az xəbər verir ki, bunu Bakupost.az -a Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Onun sözlərinə görə, belə bir xəttin yekunu Ermənistan üçün fəlakətdən başqa bir şey olmayacaq:

"Yəni 44 günlük müharibənin nəticəsi ermənilərə dərs olmalıdır. Yeni müharibə qurama Ermənistan dövlətinin dünyanın siyasi xəritəsindən silinməsinə gətirib çıxara bilər. Ermənistan Azərbaycanın dünya birliyi tərəfindən qəbul edilmiş, tanınmış ərazi bütövlüyünü və sərhədlərini tanımalıdır. Əks təqdirdə özünü dünya birliyinə də qarşı qoymuş olur. Ermənilər unutmamalıdırlar ki, onlar Cənubi Qafqazda aborigen deyil, gəlmədirlər və indiki Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb, İrəvanı da Azərbaycan paytaxt olaraq verib. Ermənistanın hər hansı avantürist hərəkətləri tarixi Azərbaycan torpaqları olan Zəngəzur, Göyçə mahalı, İrəvanın geri qaytarılması məsələsini gündəliyə gətirə bilər. Bu məsələdə tarixi ədalət Azərbaycanın tərəfindədir. Tarixi ədaləti bərpa etmək üçün hüquqi, siyasi və digər mexanizmlər də işə salına bilər. Ermənistan ağlını başına yığmasa, heç bir gələcəyi yoxdur".

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az