İsrail Türkiyə, Sinqapur, İspaniya və Ermənistan siyasətçilərini dinləyib - "Maykrosoft"

İsrail Türkiyə, Sinqapur, İspaniya və Ermənistan siyasətçilərini dinləyib - "Maykrosoft"

İsraildə Türkiyə, İspaniya, Sinqapur kimi ölkələrdəki siyasətçiləri, jurnalistləri, fəalları və akademikləri izləyən proqram təminatını blokladıq.

Mediainfo.az xəbər verir ki, bu barədə "Maykrosoft" şirkətindən açıqlama verilib.

Şirkət qeyd edib ki, İsraildə olan haker şirkətlərindən birinin istifadə etdiyi casus proqramı bloklanıb:

"Bu proqram vasitəsilə dünyanın bir çox ölkələrində yüzlərlə siyasətçi, insan haqları fəalı, jurnalisti və akademikləri izlənilib".

"Maykrosoft" proqramın bloklanması üçün Toronto Universiteti nəzdindəki "Citizen Lab" şirkəti ilə birgə çalışdıqlarını vurğulayıb:

"Fələstin, İsrail, İran, Livan, Yəmən, İspaniya, İngiltərə, Türkiyə, Ermənistan və Sinqapurdakı bəzi hədəflərə hücum edilib".

Şirkət konkret olaraq kimin hədəf alındığını açıqlamayıb.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

2022.11.09

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az