Mişelin İrəvanda “status” şərti: Bakıda nə deyəcək?

Mişelin İrəvanda “status” şərti: Bakıda nə deyəcək?

İrəvanda olan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bölgədə sabitlik və firavanlığa nail olmaq üçün cari, orta və uzunmüddətli müzakirələrin 4 istiqamətini açıqlayıb.

1. Təmkinli ritorika, aqressiyadan çəkinmək;

2. Sərhədlərin delimitasiyası;

3. Əməkdaşlığın müzakirə edilməsi, xüsusilə nəqliyyatın bərpası məsələsində;

4. Qarabağın “statusu” və sülhə nail olmaq.

Avropa İttifaqı prezidentinin təklif etdiyi istiqamətlərin ilk üçünü Azərbaycan da dəstəkləyir. Dördüncü istiqaməti necə oxumalıyıq?

“Status” məsələsi Qərb tərəfindən gündəmə gətirilir və Mişelin İrəvanda buna toxunması təəccüblü deyil. Lakin diqqətçəkən detallar var:

Birincisi, Mişel “cari, orta və uzunmüddətli” adlandırdığı istiqamətlərdə “status” məsələsini “uzunmüddətli” perspektivə daxil edir;

İkincisi, sərhədlərin delimitasiyasını “status” məsələsindən öncəki istiqamət olaraq qeyd edir.

Sərhədlərin delimitasiyasının başa çatdırılması, ardınca sərhəd müqaviləsinin imzalanması Azərbaycan və Ermənistanın qarşılıqlı dövlət sərhədlərini tanıması, beləliklə, İrəvanın Qarabağı da Azərbaycan ərazisi kimi tanıması deməkdir. Bunu Avropada da bilirlər. Bu baxımdan, Mişelin uzunmüddətli müzakirələrə daxil etdiyi “status” İrəvanda ermənilər üçün verilmiş vəd hesab oluna bilər.

Mişelin açıqlamasında diqqətçəkən digər məqam Qarabağın “statusu”ndan bəhs edərkən, “Dağlıq Qarabağ” ifadəsini işlətməməsidir. Görünür, Bakının Qarabağla bağlı son qərarlarını Avropada qəbul etməyə başlayıblar.

Aİ Şurası prezidenti artıq Bakıdadır və mümkündür ki, Mişel Bakıda iki bəyanat versin:

- Dörd müzakirə istiqamətindən üçünü - təmkinli ritorika, aqressiyadan çəkinmək, sərhədlərin delimitasiyası, əməkdaşlığın müzakirə edilməsi, xüsusilə nəqliyyatın bərpası məsələsində - səsləndirəcək;

- “Status” məsələsinə toxunmayacaq, əvəzində Minsk Qrupu çərçivəsində fəaliyyətdən bəhs edəcək.

Hərçənd, Bakıda Mişeldən İrəvanda dediyi “status” açıqlamasına görə cavab istənilməlidir.

İrəvandan sonra Bakıya gələn Şarl Mişel Aİ-nin vasitəçiliyi ilə erməni diversantlarla mina xəritələrinin “barter” edilməsi təklifini də gündəmə gətirə bilər. Yeri gəlmişkən, bu məsələyə də İrəvanda toxunmuşdu…Axar.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

2022.11.09

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az