Ermənistan üçün “Mişel planı”: Qərb Paşinyanın köməyi ilə Rusiyanın böyründən zərbə endirir

Ermənistan üçün “Mişel planı”: Qərb Paşinyanın köməyi ilə Rusiyanın böyründən zərbə endirir

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Cənubi Qafqaz ölkələrinə çoxdan gözlənilən səfəri nəhayət Yerevandan başladı. Qatı liberal, təpədən dırnağa qədər volterçi olan Mişel hələ Belçika hökumətinə rəhbərlik etdiyi vaxtlardan Rusiyaya mənfi münasibətini gizlətmirdi. Bəli, o xoş qonşuluq münasibətlərinin tərəfdarı idi, amma “sadəlövh olmadan və rola girmədən”. Onun 2018-ci ildə Rusiyaya rezonans doğuran səfəri də məhz bu deviz altında keçdi. Avropa İttifaqının sarayına qədər qalibiyyət marşına bir il qalmış etdiyi səfəri nəzərdə tuturuq.

Lakin Rusiyanın Qafqazdakı maraqlarının “forpostu” hesab edilən Yerevana Mişel qollarını geniş açaraq gəlmişdi. Və dəri çamadanla dolu sənədlərlə. Özünün islahatçı-həmfikri Paşinyanla daha sonra Yerevanda keçirdiyi mətbuat konfransında açıqladığı həmin sənədlər Ermənistana strateji yardımı nəzərdə tutur. Bir növ “Marşall planıdır”, onu şərti olaraq “Mişel planı” adlandıraq. Plan Ermənistanın müharibənin də təsiri ilə dağılmış iqtisadiyyatının xilas edilməsinə yönəlib. 2.6 milyard dolların ayrılması nəzərdə tutulur! Fikir verin, söhbət az qala Ermənistanın 2021-ci il büdcəsinə bərabər olan məbləğdən gedir.

Şarl Paşinyanın yanına Ermənistan üçün "Mişel planı" ilə gəlib...

Lakin bu hələ avansdır, birinci növbəli vəzifələrin həyata keçirilməsi üçün nəzərdə tutulan ilkin yardımdır. “Mişel planı”na əsasən belə çıxır ki, Ermənistan sonralar da öz iqtisadiyyatını bərpa etmək üçün yeni layihələrə milyardlarla dollar alacaq.

“Mişel planı” Ermənistanın Kremllə ayrılmaz hərbi-siyasi bağları haqda bizim bütün təsəvvürlərimizi alt-üst edir. Qərb açıq şəkildə, pərdəarxası sövdələşmələrə və separat razılaşmalara ehtiyac görmədən “Ermənistan dövlətinin” bütün səhm paketini alıb, bu “liberal adacığı” Rusiyanın böyründə öz məkrli planlarını genişləndirmək üçün platsdarma çevirir.

Beləliklə, Ermənistan Rusiyanın geosiyasi orbitindən tamamilə çıxmış olur. Biz dəfələrlə yazdığımız kimi, Paşinyan Kremllə hərbi-siyasi razılaşmanı hansısa “dekorativ natrümorta” çevirib, onu Ermənistanın xarici siyasətində Rusiya vektorunun iştirakına inandırmaq üçün notarial qaydada təsdiqlənmiş şəhadətnamə kimi istifadə edir. Kreml üçün və rusiyayönümlü elektorat üçün arayış qismində. Bundan artığı deyil. “Mişel planı” Rusiyanın iştirakını birdəfəlik dağıtmış olur və Yerevan üzərində tamamilə yeni geosiyasi himayəçilik formalaşdırır.

Kremlin və şəxsən prezident Vladimir Putinin Ermənistan-Rusiya münasibətlərində vərəsəliliyi saxlamağa yönəlmiş bütün səyləri, o cümlədən fevral hərbi qiyamını lokallaşdırması və ya Paşinyanı “güc təsiri metodları” ilə hədələyən Köçəryan cəbhəsini cilovlaması Ermənistanın indiki hökumətinin Qərblə inteqrasiya kursunu dayandırmağa hər halda, kifayət eləmədi.

Paşinyan addımba addım, məqsədyönlü şəkildə və Vaşinqtonun dəstəyi ilə Brüsselə birlikdə özünün əsl hədəfinə çatır: erməni baş naziri Rusiyanı Qafqazın siyasi-iqtisadi məkanından sıxışdırıb çıxarır. Bundan əlavə, Yerevandakı brifinqdə Avropa İttifaqı Şurasının prezidenti Paşinyana mütləq dəstəyini ifadə etdi, onun hökumətini islahatlar və dəyişikliklər kursunu davam etdirməyə səslədi.

Buna paralel olaraq Paşinyan fəal şəkildə Avroatlantik cəmiyyətin bütün əsas institutları ilə strateji tərəfdaşlığı genişləndirir: NATO ilə tərəfdaşlıq genişləndirilir, ABŞ-la münasibətlər möhkəmləndirilir. Şübhəsiz ki, Ermənistanı Rusiyadan birdəfəlik qoparan çoxmilyardlıq tranş kollektiv Qərbin çoxgedişli şahmat kombinasiyasıdır. Situasiyanın yeni inkişaf ssenarisini açıb ortaya qoyan qrossmeyster gedişidir. Söhbət Rusiya üçün arzuolunmaz gedişdən-pat gedişindən yox, mat gedişindən gedir.

Rusiya generalları Qriqoryana etibar etmirdi, Paşinyan isə onu xarici işlər naziri təyin etdi...

Üstəlik son günlər Yerevanda xüsusən də Qarabağ mühariəsi fonunda dağılmış və çökmüş bu ölkənin Qərb tərəfindən udulmasına dəlalət edən daha bir əhəmiyyətli hadisə baş verib. Ermənistan Təhlükəsizlik Şurasının katibi, Paşinyanın komandasında qərbyönümlü ideoloqlardan biri olan Armen Qriqoryan xarici işlər naziri kreslosuna oturub. Doğrudur, Rusiya akvariumundan olan erməniyönümlü ekspertlər bu qərarı Paşinyanın Putinə tərəf reveransı kimi şərh etməyə tələsiblər. Deyiblər ki, guya Qriqoryan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən “Rusiya güc strukturları rəhbərlərinin” əvvəldən bu “Sorosun adamına” etibar etmədikləri üçün getdi və məhz Qriqoryana etibar etmədikləri üçün Rusiya güc strukturları son illərdə Yerevanla məxfi yazışmaları onun iştirakı olmadan aparırdılar. Və Ermənistanın ekspert cameəsi də bu təyinatı kompromis qərar, daha dəqiqi Kremlə güzəşt kimi şərh edir. Hərçənd Moskvada yaxşı başa düşürlər ki, “Mişel planı”nın həyata keçirilməsinə dair danışıqlara cəlb olunmuş xarici işlər naziri postunun erməni iyerarxyasında strateji əhəmiyyti nədir.

Moskva kuluarlarında isə tamamilə başqa versiya dolaşır: Paşinyan Qriqoryanı Vaşinqtondan olan dostlarının israrlı tövsiyələri nəticəsində həmin vəzifəyə təyin edib...Və bu, birinci addım deyil. Erməni hökumətindən Kremllə əməkdaşlığı olan bütün şəxslər uzaqlaşdırılacaqlar.

Bu aralarda isə Yerevana tərəf “kollektiv Qərbin” növbəti lideri, Ermənistanın Avroatlantika məkanına inteqrasiyasının başlıca arxitektorlarından biri Emmanuel Makron tələsir. Şübhəsiz ki, bu səfər əvvəlcədən planlaşdırılmış məqsədə-“Mişel planı”nın möhkəmləndirilməsinə və Ermənistanın Rusiyadan daha da uzaqlaşdırılmasına yönəlib. Yerevandan Makron öz vassalı ilə birlikdə barmağını Ankaraya və Bakıya tuşlayacaq. Bir sözlə, Vaşinqton, Brüssel və Paris Qafqazdakı postmüharibə dövrü situasiyasında tamamilə oxşar siyasi bəyannamələrlə və ideya tezisləri ilə çıxış edirlər. Sanki sözləşiblər. Hərçənd nədən “sanki”? Qəsd ortadadır!

Söz Putindədir: Rusiya Qafqazı itirir?

Və hadisələrin bu təəcüblü inkişaf ssenarisində Kreml üçün həqiqət anı yetişir. Nəhayət Rusiya yekun və birmənalı qərar qəbul etməlidir. Ya Kreml, qasırğalı Yeltsin dövründəki kimi, hücum edən Qərbin məxməri siyasi-iqtisadi müdaxiləsini laqeyd qarşılayacaq, ya da ona qarşı çıxacaq və regionda özünün hərbi-siyasi, geosiyasi maraqlarını qoruyub saxlayacaq. Üçüncü yol yoxdur. Rusiya hərbi bazası və Yerevanda xüsusi xidmət orqanlarının iştirakı vəziyyəti xilas etmir. Yeltsin dövründə xilas etmədiyi kimi. Tarix ikinci dəfədir təkrarlanır. Bu dəfə tamaşa Yerevanın mərkəzində oynanır. Bir dəfə Qərb Paşinyanın ustadı Ter-Petrosyanla ittifaq bağlayaraq bütün Qafqazda öz təsir zonasını genişləndirdi. Nə Rusiya bazaları, nə xüsusi xidmət orqanları Qərbin Kremlin maraqları üçün dağıdıcı planlarının qarşısını ala bilmədi. 30 il sonra Vaşinqton, Paris və Brüsel vahid güclü yumruq halında birləşərək yenidən Rusiyanın böyründən zərbə endirir. Və Paşinyanla onun rəhbərlik etdiyi Ermənistan buna xeyli kömək edir.

Rusiya nəhayət öz seçimini etməlidir. Ya da Kreml regionu birdəfəlik itirəcək. Və ya Ermənistanı özünün qərbyönümlü seçimi ilə baş-başa buraxacaq. Mixail Sergeyeviç Qorbaçovun tez-tez təkrarladığı kimi, proses işə düşüb...

Virtualaz.org

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az