Prezident İlham Əliyev : Münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik

Prezident İlham Əliyev : Münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik

Moskvada Əliyev-Putin görüşünün ictimaiyyətə açıq hissəsində üç məqam diqqət çəkdi.

Birincisi, Əliyev iki dəfə “münaqişədən sonrakı” ifadəsini işlətdi və qeyd etdi ki, “münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik, düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq”. Bu, “Moskvaya gələcəyi müzakirə etməyə gəlmişəm” deməkdir;

İkincisi, Putin Əliyevə “kompromisli qərarların tapıldığı” üçün təşəkkür etdi və qeyd etdi ki, nizamlama istəyiriksə, - biz hamımız bunu istəyirik, - onda bu yolla getməliyik. Bu, Rusiyanın Bakıdan güzəşt istədiyi deməkdir, lakin bu güzəştlər münaqişə ilə bağlı deyil; münaqişənin bitdiyinə dair mövqeni Moskva da Bakı ilə paylaşır; Moskva üçün vacib olan Ermənistanın yox, Rusiyanın bölgədə qalmasını təmin etməkdir və görüşdən öncə qeyd etdiyimiz kimi, “ruslar Qarabağda öz gələcəklərini və kommunikasiyanın bərpasında cari prioritetlərini - ehtimal ki, Ermənistana quru əlaqəsini daha tez əldə etmək istəyirlər – həll etmək niyyətindədir”;

Üçüncüsü, liderlər sərhəddə baş verən toqquşmalara toxunmadı: mümkündür ki, Moskvada da Ermənistanın sərhəddə hücumlarının məqsədini anlayırlar və qapalı görüşün əsas müzakirə mövzularından biri də sərhədlərin delimitasiyasıdır.

Görüşdən sonra proseslərin cari dövr üçün iki istiqamətdə inkişafını təxmin etmək olar:

- Putin Əliyevlə görüşdən sonra Paşinyanla təmasa keçəcək: Bakının mövqeyini çatdıracaq; sərhəddəki gərginliyi aradan qaldırmağa çalışacaq;

- Hər iki görüşün – Putin-Paşinyan, Putin-Əliyev – cari nəticəsi olaraq, erməni diversantlarla mina xəritələrinin növbəti dəfə “barter” edilməsi gözləniləndir.Axar.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az