Əsirlikdən qaçan qəhrəman: Onlar Asiyanı ələ keçirəcəklər!

Əsirlikdən qaçan qəhrəman: Onlar Asiyanı ələ keçirəcəklər!

Əfqanıstandakı hazırki vəziyyət Rusiya üçün ciddi təhlükədir.

Mediainfo.az xəbər verir ki, bu sözləri Rusiya qəhrəmanı, 1996-cı ildə Taliban əsirliyindən qaçmış Vladimir Şarpatov deyib.

“Əfqanıstanda baş verənlər məni çox narahat edir. Azadlıqda olduğum gündən bəri mən prosesləri izləyirəm. Xüsusən son dövrlər, amerikalıların ağalıq etdiyi dönəmdə... Dostlarım oradan (Əfqanıstandan – red.) mənə taliblərin necə rəhbərlik etməsi barədə video-epizodlar göndərir. Talibanın rəqiblərinə qarşı zorakı, sərt davranışları mənə olduqca pis təsir edir. Buna görə gecələr yatmıram”.

Şarpatov əsirlikdə olduğu dönəmlərdə taliblərin onunla planlarını bölüşdüyünü də söyləyib:

“Onlar deyirdilər ki, Asiya respublikaları da bizə birləşəcək. Mən isə dedim ki, Asiya ölkələri bununla razılaşmayacaq axı... Onlar isə “Biz onları məcbur edəcəyik, heç yerə gedə bilməzlər” deyirdilər".

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az