İran Bakıya qarşı nələr edir? – Natiq Cəfərli

İran Bakıya qarşı nələr edir? – Natiq Cəfərli

İran Azərbaycana qonşu dövlətdir. Azərbaycan tərəfi İranla ticarət dövriyyəsinin artmasına, münasibətləri normallaşdırmağa hazırdır. Azərbaycan istəyərdi ki, qonşu dövlətlərlə, o cümlədən İranla da normal iqtisadi, sosial münasibətlər saxlasın. Əgər İran Azərbaycanla bu münasibətləri korlamaqda davam edəcəksə, təbii olaraq Azərbaycan tərəfdən də adekvat addımlar görəcək.

Mediainfo.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli axar.az-a deyib.

“Hər şey İranın Azərbaycanın xoş niyyətinə, bölgə dövlətlərinin, “altılıq dövlətlər”in gələcəkdə birgə fəaliyyət göstərməsi təkliflərinə reaksiyasından asılıdır. İran və Ermənistan arasındakı münasibətlər Azərbaycanın strateji maraqlarına hər zaman zidd olub. Ermənistanın işğal etdiyi ərazilərdə islam mədəniyyəti nümunələrini belə dağıtmasına baxmayaraq, İran bu işğalçı dövlətlə strateji münasibətlər qurub. İranın Ermənistanla münasibətləri daha da üst səviyyəyə qaldırmağa çalışması hər zaman Azərbaycana qarşı olub. Azərbaycanın müstəqilliyi heç vaxt İran tərəfindən birmənalı qarşılanmayıb. Şimalda Azərbaycan dövlətinin yaranması İran üçün kifayət qədər problemlərin olacağından xəbər verirdi. Ona görə də İran dövləti öz maraqlarını nəzərə alaraq Azərbaycana qarşı Ermənistanla daha sıx əlaqələrin qurumasına çalışıb. 44 günlük müharibədə də bunun şahidi olduq”, - iqtisadçı qeyd edib.

N.Cəfərli bildirib ki, Vətən Müharibəsində Azərbaycan hərbçilərinin möhtəşəm qələbəsindən sonra İran tərəfdən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı bəyanatlar gəlməyə başladı:

“İlk günlərdən təəssüf ki, dəstək görmədik. Müharibə bitdikdən sonra da eyni xəttin davam etməsinin şahidi olduq. Həm Ermənistana, həm də Azərbaycanın nəzarətində olmayan bölgələrə İran maşınlarının icazəsiz keçməsi ondan xəbər verir ki, İran bu siyasətin davamlı şəkildə aparılmasında israrlıdır”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az