Paşinyanın “sülh danışıqlarına hazıram“ sözü: Bu, növbəti erməni fırıldağıdır?

Paşinyanın “sülh danışıqlarına hazıram“ sözü: Bu, növbəti erməni fırıldağıdır?

Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook”da keçirdiyi onlayn mətbuat konfransında Azərbaycanla sülh müqaviləsinin imzalanmağa hazır olduğunu bildirib: “Bəli, imzalanmalıdır, lakin əvvəlcə bu sənəd rəsmiləşdirilməlidir və bu, danışıqların nəticəsində mümkündür”.

Ortada rəsmi sənəd layihəsinin olmalıdır deyəndə Nikol Paşinyan nəyi nəzərdə tutur?

Ermənistan hakimiyyəti sülh danışıqları zamanı qondarma “DQR”-in status məsələsini yenidən gündəmə gətirəcəkmi?

Mediainfo.az xəbər verir ki, Yenisabah.az-a danışan siyasi şərhçi Nadir Şəfiyev mövzunu belə şərh edib:

“Əslində, istər sülh müqaviləsi və s. məsələlər 1 il 2 ay bundan qabaq razılaşdırılıb. Amma bu günə kimi, delimitasiya və demarkasiya ilə bağlı hər hansı işlər görülməyib. Azərbaycan Laçın dəhlizini mülki vətəndaşların istifadəsinə dərhal təqdim etdiyi halda, Ermənistan öz ərazisindən dəmir yolunun açılması ilə bağlı məsələləri uzadır. Hələ indi bəyan olunur ki, çox güman yaxın vaxtlarda tikintiyə başlayacaqlar.

Tarixən ermənilər bütün proseslərdə müəyyən fırıldaq işlədirlər. Yəni başları üstündə “dəmir yumruq” olmadığı halda, işi maksimal uzatmağa çalışırlar”.

Nadir Şəfiyevin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, ilk növbədə, hər iki dövlətin bir-birinin ərazi bütövlüyünün tanınmasından keçir:

“Bu prosesə də ermənilər nəyə görə birbaşa və qeyd-şərtsiz getmirlər? Çünki arxa ciblərində “Qarabağ məsələsi”ni hələ də saxlayıblar. Müxtəlif səviyyəli danışıqlarda “Qarabağın erməni icması” ifadəsi yerinə, “Qarabağ xalqı” kəlməsini işlədirlər. Yəni Qarabağda yaşayan və Azərbaycan vətəndaşı olmalı olan erməniləri belə adlandırırlar. Onların təhlükəsizliyi və gələcəyi, onların müqəddaratı məsələsini daim danışıqlarda qaldırırlar. Yəni status məsələsindən əl çəkməyiblər”.

“Mənə elə gəlir ki, Paşinyanın səsləndirdiyi sənəddə hər iki tərəfin şərtləri, yəni qırmızı xətləri ortada olacaq. Danışıqlara başlamazdan əvvəlAzərbaycan bununla bağlı heç nəyi gizlətməyib. Rəsmi Bakı birmənalı şəkildə deyir ki, tərəflər qeyd-şərtsiz bir-birinin suverenliyini tanımalı, beynəlxalq hüquq normalarına uyğun şəkildə sülh şəraitində yaşamalıdır.

Məncə, yenə erməni fırıldağı var və sərhəddə gedən proseslər göstərir ki, ermənilər təxribata əl atmağa hər an hazır və buna meyllidir. Onların qarşısını alan yeganə qüvvə Azərbaycanın daha güclü olmasıdır”, - deyə siyasi şərhçi yekunlaşdırıb.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az