Türkiyənin Avropa İqtisadi Birliyinə üzvlüyünə əngəl: “soyqırımı” iddiası...- Professor

Türkiyənin Avropa İqtisadi Birliyinə üzvlüyünə əngəl: “soyqırımı” iddiası...- Professor

Tarixdə “erməni soyqırımı” deyilən bir şey olmayıb. Bu, uydurma və qondarmadır. Bunun heç bir tarixi faktoloji əsası yoxdur. I Dünya müharibəsi illərində Osmanlı İmperiyası bir neçə cəbhədə müharibə aparan zaman erməni terror təşkilatları, kilsə və çarizm tərəfindən təşkil edilən silahlı bandalar dinc türk-müsəlman əhalini kütləvi şəkildə məhv etdilər. Ona görə də, Osmanlı dövləti təhlükəsizlik tədbirləri görməli oldu. Həmin vaxt terrorçuların bir qismi həbs edildi. Osmanlı dövləti eyni zamanda az sonra təhlükəsizlik tədbirləri görərək, dövlət əleyhinə olan şəxslərin yaşayış yerlərinin dəyişdirilməsi haqqında qərar qəbul etdi. Halbuki bunu indi ermənilər uydurma soyqırımı kimi qeyd edir.

Mediainfo.az xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.

Professor qeyd edib ki, dövlət əleyhinə çıxan ermənilərin yaşayış yerləri dəyişdirilib: “Onların mülkləri saxlanıldı. Ölkə daxilində yaşayış yerləri dəyişdirilən zaman erməni əhalinin təhlükəsizliyini qorumaq üçün Jandarma Qüvvələri, sağlamıqlarını qorumaq üçün isə həkimlər ayrıldı. O zaman “erməni soyqırımı” söhbətləri yox idi. Bu, siyasi məqsədlər üçün ortaya atılmışdı. I Dünya müharibəsinin sonunda rus-qafqaz cəbhəsi dağıldıqdan sonra erməni silahlı dəstələri Şərqi Anadoluda törətdiyi qırğınları Cənubi Qafqazda, İrəvan və Tiflis quberniyasında, indiki Azərbaycan ərazisində, həmçinin Cənubi Azərbaycanda törətdilər”.

Deputat bildirib ki, 1918-1920-ci illərdə daşnak Ermənistanında terror və soyqırımı dövlət siyasətinə çevildi: “Uzun illər boyu ermənilər “soyqırımı” yalanını dünyaya inandıra bilmədilər. Yalnız 50-ci illərin sonunda Türkiyə Cumhuriyyəti Avropa İqtisadi Birliyinə üzv olmaq üçün müraciət edəndə, “erməni soyqırımı” məsələsi ortaya atıldı. Latın Amerikasında ilk “tanınma” baş verdi. İrəvana da bu saxta soyqırıma “abidə” qoyuldu. Ermənistan müstəqil olanda da, yəni 1991-ci ildən soyqırımı və terror dövlət siyasətinə çevrildi. Bu terrorun, soyqırımın ən dəhşətli nümunəsi isə Xocalıda ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımıdır. Xocalıda erməni vəhşilərinin dinc azərbaycanlılara qarşı törətdiyi soyqırımı bəşəriyyətə və sivilizasiyaya qarşı bir cinayətdir”.

Millət vəkilinə görə, təəssüflər olsun ki, dünyada bu gün ikili standartlar var: “Erməni soyqırımını” tanımaq niyyətləri onu “tanıyan” dövlətlərin bəzilərinin region siyasəti ilə üst-üstə düşür. Çünki “erməni məsələsi” XIX əsrdə Şərq Məsələsinin tərkib hissəsi kimi meydana çıxıb. Məqsəd də Osmanlı İmperiyasını parçalamq idi. Ermənilər də bunun üçün bir vasitə hesab edilirdi. Bu gün də “erməni soyqırı”mını gündəliyə gətirənlər bundan alver məqsədləri üçün istifadə edənlər bəlli bir “strategiya” güdürlər. Dünyada törədilən soyqırımları Holokost və Xocalıdır. “Erməni soyqırımı” deyilən bir şey xəyal məhsulundan başqa bir anlam kəsb etmir. Ermənilər bildirirlər ki, güya onlardan 1 milyon 500 min nəfər ölüb. I Dünya müharibəsi illərində göstərilirdi ki, 350 min nəfər hərbi əməliyyatlar zamanı ölüb. Sonra bu rəqəm 600 minə, 850 minə, daha sonra isə 1 milyon 500 min nəfərə çatdırıldı. Bu isə onu göstərir ki, ermənilərin sanki “ölüləri” artır, törəyir. Amma fakt odur ki, o zaman Osmanlı İmperiyasında 1 milyon 500 min nəfər erməni yaşamayıb. Əgər bu sayda erməni Osmanlıda yaşamayıbsa, onu necə və harada öldürmək olar? Eyni zamanda I Dünya müharibəsi illərində cəmi 10 milyon insan ölüb. O zaman isə Ermənistan adlı bir dövlət yox idi. Necə ola bilər ki, bütün dünya müharibəsində ölən 10 milyon insanın 1 milyon 500 mini erməni olsun? Bu sadəcə gülünc bir iddiadır”.

Musa Qasımlının fikrincə, son baş verən hadisələri qiymətləndirərkən bir çox dövlətlərin siyasətində riyakarlığı açıq şəkildə görmək mümkün olur: “Onlar olanları olduğu kimi görmək istəmirlər”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az