Bu dəfəki iğtişaşlar rejimi sarsıdacaqmı? - İranda un məmulatlarının qiyməti 300 faiz artıb

Bu dəfəki iğtişaşlar rejimi sarsıdacaqmı? - İranda un məmulatlarının qiyməti 300 faiz artıb

"Etirazçılar İslam Respublikasının devrilməsinə və mühacirətdə yaşayan İran şahının oğlu Rza Pəhləvinin geri dönməsinə çağırış edib"

İranda dövlət subsidiyalarının azaldılmasına qarşı nümayişlər çətin ki, rejimə təhlükə törədən ötən etiraz aksiyaları kimi vüsət alacaq.

Mediainfo.az xəbər verir ki, bu barədə Milli təhlükəsizlik İnstitutunun və Təl- Əviv universitetinin nəzdində İranın öyrənilməsi üzrə Tədqiqat mərkəzinin elmi əməkdaşı Raz Tsimt bəyan edib.

"Mən belə hiss edirəm ki, etitazların pik həddi arxada qalıb. Bəzi rayonlarda nisbətən azsaylı nümayişlər davam edir, amma burada qeyri- adi bir şey yoxdur. Əgər indiki aksiyaları ötən yayda suyun və elektrik enerjisinin qıtlığı ilə əlaqədar baş verən etiraz aksiyaları ilə və təbii ki, 2019- cu ildəki iğtişaşlarla müqayisə etsək, onları miqyaslı hesab etmək olmaz".

İranda nümayişlər ötən həftə baş verib. Onlara səbəb buğdaya olan dövlət subsidiyalarının azalması, nəticədə un məmulatlarının qiymətinin 300 faiz artması olub. Eyni zamanda, hökumət bir sıra əsas məhsulların, məsələn, bitki yağı və süd məhsullarının da qiymətlətini artırıb.

Əhalisinin 85 faizinin təxminən yarısının yoxsulluq həddindən aşağı yaşayan ölkədə bu, çox sərt addım olub. Buğdaya dövlət subsidiyalarının azaldııması onun Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində qiymətinin artması ilə bağlı olub.

Etiraz aksiyalarının iştitakçıları əvvəlcə qiymətlərin artırılmasına qarşı çıxış etsə də, sonradan öz tələblərini genişləndirib.

Baş verənlərin şahidlərinin iddiasına və sosial şəbəkələrdə yazılanlara görə, nümayişçilər İranda hakimiyyətin dəyişilməsimə çağırış edib. Onlar İslam respublikasının ləğvini və vətəndaşlara siyasi hüquqlar verilməsini tələb edib.

Sosial şəbəkələrdə dərc edilən videoçarxların birində görünür ki, nümayişçilər Ali Dini lider əyatüllah Əli Xamneinin portetlərini yandırır. Bu zaman onlar devrilmiş İran şahın mühacirətdə yaşayan oğlu Rza Pəhləvinin geri dönməsinə çağırış edən şüarlar səsləndirib.

İranın dövlət informasiya agentliyi məlumat verib ki, bəzi şəhərlərdə mağazalar yandırılıb. "Polis təxribatçıları həbs edib", - agentlik qeyd edib.

"Əl - Ərəbiyyə" telekanalı yerli fəallardan birinin sözlərindən iqtibas gətirib. O, bəyan edib ki, aksiyalar başlanandan hökumət qüvvələri ilə toqquşmada 6 nəfər adam həlak olub. Telekanalın məlumatına görə, iğtişaşlar İranın bir neçə əyalətində, o cümlədən İsfahanda, Hizistanda və Bəxtiyaridə baş verib.

Videogörüntülərdə yanan maşınları, hökumət əleyhinə şüarlar səsləndirən insanları görmək mümkündür.

Qoşunların etirazçılara atəş açdığı görünür.

Ötən həftə baş verən etiraz aksiyaları Amerikanın sanksiyaları altında dağılan iqtisadiyyatı ayaqda saxlamağa cəhd edən İran hakimiyyəti üçün əlavə problem yaradıb. Bu sanksiyalar 2018- ci ildə Donald Tramp administrasiyasının üç il öncə İranla bağlanan nüvə sövdələşməsindən çıxandan sonra tətbiq edilib. Onun bərpa edilməsi barədə danışıqlar bu ilin mart ayından dalana dirənib.

Lakin İran rejimi əvvəlkitək etiraz aksiyalarının öhdəsindən gəlməyi bacarır, Tsimt iddia edib.

"Davam edən iqtisadi təzyiq çətin ki, İslam respublikasını öz nüvə proqramı üzrə daha çevik mövqe tutmasına vadar edəcək, - o, deyib. - Mən düşünmürəm ki, İran rejimi hazırda vəziyyətlə bağlı o qədər narahatdır ki, öz platformasına yenidən baxsın".

2019- cu ildə yanacağın qiymətinin gözlənilmədən artmasına qarşı kortəbii baş qaldıran etirazlar İran hakimiyyətinə qarşl ciddi meydan oxumaq demək olub. Onların qarşısının alınması İslam respublikasının mövcudluğunun 40 illik tarixində ən qanlı toqquşmalara çevrilib.

"Röyter" informasiya agentliyinin məlumatına görə, iğtişaşlar nəticəsində təxminən 1500 adam həlak olub. "Amnesty İnternational" beynəlxalq insan haqları təşkilatı 300 nəfərin həlak olduğunu qeyd edib. Tehranın özü isə hər iki məlumatı təkzib edib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az